Pakistanın Baş naziri Çinə səfər edəcək

A- A A+

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 23-26-da Çində rəsmi səfərdə olacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama verib.

Səfər Çin Dövlət Şurasının Sədri (Baş nazir) Li Çianın dəvəti əsasında baş tutacaq.

Səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin də daxil olmaqla bu ölkənin rəhbər şəxsləri ilə görüşlərdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq.

Pakistanın Baş naziri iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümünə həsr olunan tədbirə və biznes icmalarının görüşünə də qatılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: