Tezliklə mesajlarla mübadilə üçün ən köhnə xidmətlərdən biri olan “BlackBerry Messencer”in fəaliyyəti dayandırılacaq. Bu haqda son 3 ildə bu layihəni idarə edən “Emtek” şirkəti məlumat verib.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, 31 may 2019-cu ildən etibarən “BlackBerry Messencer”in fəaliyyəti dayandırılacaq: istifadəçilər köhnə şəkil, mesaj və başqa fayllara baxmaq üçün sözügedən xidməti öz qurğusunda işə sala bilməyəcəklər. Bu məlumatları itirməmək üçün istifadəçilərə yuxarıda göstərilən müddətədək məzmunu yükləmək tövsiyə edilir.
“BlackBerry” şirkətinin rəsmiləri etiraf ediblər ki, messencerlər bazarı çox dinamik inkişaf edir və “BlackBerry Messencer”in istifadəçiləri başqa platformalardan istifadə edirlər.