ABŞ bankları müştərilərinin vətəndaşlığını daha ətraflı yoxlayacaq

A- A A+

ABŞ Prezidenti Donald Tramp qanunsuz miqrantlarla mübarizə tədbirləri çərçivəsində banklardan müştərilərinin vətəndaşlığını daha ətraflı yoxlamağı tələb edən sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “NBC News” telekanalı sənədə istinadla məlumat yayıb. Sərəncama əsasən, bank tənzimləyicilərinə və dövlət qurumlarına hüquqi statusu olmayan insanların hesab açdığı, kredit götürdüyü və ya kredit kartları üçün müraciət etdiyi halları müəyyənləşdirmək tapşırılıb.

Ağ Ev bu qərarı müştərilərinin deportasiya ediləcəyi və krediti geri qaytara bilmədiyi təqdirdə bankların kredit risklərinə məruz qalacağı ilə əsaslandırıb.

Tramp administrasiyası, həmçinin qanunsuz miqrantların maliyyə sistemindən istifadə etməsinin qarşısını almaq üçün digər tədbirlər də görür. Ötən ilin noyabrında Maliyyə Nazirliyi bəzi vergi güzəştlərinin "federal sosial təminat ödənişləri" kimi yenidən təsnif olunacağını açıqlayıb. Bu da vergi bəyannaməsi təqdim edən, vergi ödəyən və digər tələblərə cavab verən bəzi miqrantları güzəşt almaq hüququndan məhrum edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: