ABŞ administrasiyası İrana qarşı əməliyyatlar səbəbindən Tayvana nəzərdə tutulan təxminən 14 milyard dollarlıq silah satışını müvəqqəti dayandırıb.
NUHÇIXAN xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi vəzifəsini icra edən Hanq Kao Senatın Təxsisatlar Komitəsində bildirib.
Onun sözlərinə görə, Vaşinqton “Epik qəzəb” əməliyyatı üçün kifayət qədər silah ehtiyatının olduğuna əmin olmaq məqsədilə bəzi tədarükləri dayandırıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Tayvanın Baş naziri Lay Çinde ilə silah tədarükünü müzakirə etmək üçün telefon danışığı planlaşdırdığını açıqlamışdı. Tramp, həmçinin Çin Sədri Si Cinpinlə Tayvana mümkün silah satışını müzakirə etdiyini, lakin yekun qərarın hələ verilmədiyini bildirmişdi.
