ABŞ üç Afrika ölkəsinə səfər edən əcnəbilərin ölkəyə girişini məhdudlaşdırıb

A- A A+

“Ebola” epidemiyası səbəbindən ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi son 21 gün ərzində Konqo Demokratik Respublikasına, Uqandaya və Cənubi Sudana səfər etmiş əcnəbilərin ölkəyə girişini müvəqqəti məhdudlaşdıran qərar qəbul edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə qurumun rəsmi açıqlamasında bildirilir.

Qərarın dərhal qüvvəyə mindiyi və 30 gün müddətində qüvvədə qalacağı qeyd olunur.

Eyni zamanda bildirilir ki, bu ölkələrdə olmuş ABŞ vətəndaşları və qanuni daimi sakinlər ölkəyə qayıtdıqdan sonra gücləndirilmiş tibbi nəzarətdən keçmək üçün Vaşinqton hava limanına yönləndiriləcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: