“Bloomberg”: ABŞ İrana qarşı əməliyyat zamanı “MQ-9 Reaper” dronlarının 20 faizini itirib

A- A A+

ABŞ ordusu İrana qarşı hərbi əməliyyat zamanı “MQ-9 Reaper” ağır kəşfiyyat və zərbə dronlarının təxminən beşdə birini itirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, fevral ayının sonlarında hərbi əməliyyatlar başlayandan bəri İran ABŞ Müdafiə Nazirliyinin müharibədən əvvəlki inventarının təxminən 20 faizini təşkil edən 20-dən çox “MQ-9 Reaper” dronunu məhv edib.

Hər birinin dəyəri 30 milyon dollara çatan bu pilotsuz aparat güclü sensor və müşahidə kameraları ilə təchiz olunub, həmçinin “Hellfire” raketləri və “Joint Direct Attack Munition” tipli idarəolunan bombalar daşımaq imkanına malikdir.

Məlumata əsasən, zədələndikdən sonra istismardan çıxarılan aparatlarla birlikdə ABŞ ümumilikdə 30-a qədər “MQ-9 Reaper” dronunu itirmiş ola bilər.

“Bloomberg” bildirir ki, ümumi maliyyə zərərinin həcmi 1 milyard dollara çata bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: