Proqnoz: 2026-cı ildə dünyada elektromobillərin satış payı 30 faizə çatacaq

A- A A+

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, 2026-cı ildə dünyada elektromobil satışları 23 milyon ədədə çatacaq.

NUHÇIXAN xəbər verir ki, bu göstərici qlobal avtomobil satışlarının təxminən 30 faizinə bərabərdir.

2025-ci ildə elektromobil satışları 20 faiz artaraq 20 milyon ədədi ötüb. Beləliklə, dünyada satılan hər dörd yeni avtomobildən biri elektrik mühərrikli nəqliyyat vasitəsi olub.

Qlobal elektromobil satışlarının 60 faizi Çin istehsalçılarının payına düşüb. Avropa və Şimali Amerika istehsalçılarının ümumi payı isə təxminən 15 faizdir. Dünyada istehsal edilən elektromobillərin təxminən dörddəüçü Çin məhsuludur.

Proqnozlara görə, 2035-ci ilədək dünyadakı elektromobillərin sayı 80 milyondan 510 milyona yüksələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: