Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Bölməsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirib. Nəticədə xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz alınması, saxlanması və satışına kömək etmək ittihamı ilə xarici ölkə vətəndaşı həbs edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb. Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin yaşayış evində aparılan axtarış zamanı 23 bağlamada satışa hazırlanmış külli miqdarda narkotik vasitə müsadirə ediblər.
İstintaq davam etdirilir.
