Polşa Amerika hərbçiləri üçün şəhər tikəcək

A- A A+

Polşa öz ərazisində Amerika hərbçilərinin daimi yerləşdirilməsi üçün kiçik şəhər tikməyə hazırdır.

NUHÇIXAN xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müavini Pavel Zalevski Pentaqon rəsmiləri ilə görüşdən sonra deyib. “Biz Pentaqona Amerika hərbçilərinin daimi yerləşdirilməsi təklifini verdik. Bunun üçün kiçik bir şəhər tikməliyik və biz buna hazırıq. Xərcləri biz ödəyəcəyik”, - deyə Zalevski “The Wall Street Journal” nəşrinə müsahibəsində bildirib.

Nazir müavininin sözlərinə görə, Vaşinqton Amerikanın Polşadakı hərbi mövcudluğunun azaldılmasının qarşısını almaq üçün yaxın həftələrdə Varşavaya variantlar təqdim edəcək. Polşa ümid edir ki, hərbçilər üçün yeni obyektlər və mənzillər ABŞ qoşunlarının daimi dislokasiyasına imkan yaradacaq.

Xatırladaq ki, mayın 21-də Prezident Donald Tramp ABŞ-nin Polşaya əlavə 5 min hərbçi göndərəcəyini bəyan edib. O, bunu polşalı həmkarı Karol Navrotski ilə aralarında olan yaxşı münasibətlə əlaqələndirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: