Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtında 5-ci Kazan Qlobal Gənclər Sammiti 26-30 avqust tarixlərində Kazanda keçiriləcək və təxminən 40 ölkədən 300-dən çox nümayəndəni bir araya gətirəcək.
NUHÇIXAN xəbər verir ki, tədbirin təşkilatçıları iyununun 10-dək sammitdə iştirak etmək üçün müraciətləri qəbul edir. 2026-cı il sammitinin əsas mövzusu “Qlobal dəyişiklik dövründə təhsil: Davamlı inkişaf üçün insan resursları” olacaq. Proqrama təhsil texnologiyaları, süni intellekt, gələcəyin peşələri, istedad tələbi, mədəni kimlik və beynəlxalq tərəfdaşlıq üçün yeni formatlar mövzularında tematik treklər daxildir.
Forumda açıq dialoqlar, tok-şoular, müzakirələr, karyera və təhsil layihələri ilə bağlı sessiyalar, eləcə də təhsil təşəbbüslərinin sınaqları keçiriləcək. Bəzi tədbirlər əvvəlcədən qeydiyyatdan keçməklə ictimaiyyət üçün açıq olacaq.
Sammit Tatarıstan Respublikası Hökuməti, Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu və Kazan Federal Universiteti tərəfindən təşkil olunur.
