ABŞ Prezidenti Donald Tramp son anda aparılan danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək imkanını ciddi şəkildə nəzərdən keçirir.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, məsələ birbaşa ABŞ lideri ilə müzakirə olunub. Nəşr qeyd edir ki, Vaşinqton danışıqlardan nəticə çıxmayacağı təqdirdə, Tehrana qarşı yeni hərbi addımlar variantını gündəmdə saxlayır.
Tramp daha əvvəl İranın mümkün razılaşmaya “müsbət cavab” verəcəyinə ümid etdiyini bildirib, əks halda hərbi əməliyyatların mümkünlüyünü istisna etməyib.
