ABŞ Prezidenti Donald Tramp İranın son təklifini müzakirə etmək üçün şənbə gününün sonunda danışıqlar aparanlarla görüşəcək və bazar gününə qədər müharibəni davam etdirib-etdirməyəcəyinə qərar verəcək.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə o, “Axios”a açıqlamasında deyib.
Tramp yaxşı bir razılaşma əldə edə biləcəyi və ya onları bombalayacağı ilə bağlı şansın yarı-yarıya olduğunu bildirib. “Ya yaxşı bir razılaşma əldə edəcəyik, ya da onları cəhənnəmə sovuracağam", - deyə ABŞ Prezidenti vurğulayıb. O, bazar günü qərar verə biləcəyini söyləyib.
