“Africa CDC” Ebola virusunun Afrikanın 10 ölkəsinə yayılması riski barədə xəbərdarlıq edib

A- A A+

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (“Africa CDC”) Konqo Demokratik Respublikasında (KDR) və Uqandada baş verən son Ebola epidemiyası səbəbindən 10 Afrika ölkəsinin yüksək risk altında olduğu və regional yayılma ilə bağlı narahatlıqların davam etdiyi barədə xəbərdarlıq edib.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, “Afrika CDC”in baş direktoru Jan Kaseya onlayn brifinq zamanı yüksək riskli ölkələrə Cənubi Sudan, Ruanda, Keniya, Zambiya, Mərkəzi Afrika Respublikası, Tanzaniya, Efiopiya, Anqola, Konqo Respublikası və Burundinin daxil olduğunu bildirib.

Afrika İttifaqının ixtisaslaşmış səhiyyə orqanının məlumatına görə, Konqo Demokratik Respublikası mayın 15-də 17-ci epidemiyanı elan etdikdən bəri həm ehtimal olunan, həm də təsdiqlənmiş olmaqla, ümumilikdə 745 yoluxma halı və Ebola ilə əlaqəli 176 ölüm hadisəsi qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: