Qərbi Avropa ölkələri bazar ertəsi günü qeyri-adi isti hava şəraitindən sonra bölgədə istilik dalğasının güclənməsi səbəbindən 40 dərəcə Selsiyə yaxınlaşan temperatura hazırlaşmağa davam edir.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, “Meteo-France” milli hava xidmətinin məlumatına görə, cümə axşamı və cümə günləri Fransada bir neçə isti hava rekordu qırıldıqdan sonra, bu həftənin sonlarında daha yüksək temperaturun olacağı gözlənilir.
İstillərin cümə axşamına qədər güclənəcəyi, Bordoda temperaturun 39 dərəcə Selsi, Lionda 36 dərəcə, və Parisdə 35C dərəcəyə çatacağı gözlənilir.
IPMA milli hava xidmətinin məlumatına görə, Portuqaliya da ölkə daxilində 30 dərəcədən yuxarı yüksək temperatura hazırlaşır. Dolu, ildırım, güclü külək, leysan yağışları proqnozlarına görə, bazar ertəsi altı rayon “sarı” hava xəbərdarlığı altındadır.
İspaniya hava xidməti AEMET-ə görə, bu ölkənin şimal sahili boyunca fırtına və 34 dərəcədən yuxarı temperaturun olacağı gözlənilir. Bildirilir ki, ilin bu vaxtı üçün qeyri-adi yüksək temperatur epizodunun həftə ərzində davam edəcəyi gözlənilir.
Böyük Britaniya da isti hava dalğası ilə üzləşir. Bazar ertəsi və çərşənbə axşamı günləri Krallıqda temperaturun 35 dərəcəyə qalxacağı proqnozlaşdırılır. Meteorologiya İdarəsinin məlumatına görə, ölkənin bütün zamanların may ayı üçün temperatur rekordu 1922-ci ildə qeydə alınıb və 32,8 dərəcə təşkil edib.
