Yaponiyanın elektron sənayesi sahəsində nəhənglərdən biri olan “Toshiba” şirkəti dünyanın ən sürətli alqoritmini yaradıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Yaponiya KİV-lərinin şirkətə əsasən yaydığı məlumatda bildirilir. Qeyd edilir ki, yeni formul müasir standart kompüterlərin hesablama imkanlarını xeyli artıracaq.
Şirkətdən bildirilir ki, bu alqoritm bir neçə alternativ arasından ən optimalını seçmə imkanı olan kombinə edilmiş optimallaşdırma sahəsində böyük inqilab hesab edilir.
Yeni formul həm cəmiyyətdə, həm biznesdə, həm çatdırılma zamanı ən səmərəli marşrutun seçilməsində, həm də yeni dərmanların hazırlanması prosesinin sadələşdirilməsində müxtəlif problemlərin həllini sürətləndirəcək.