Cənubi Koreya aşağı zənginləşdirilmiş uranla işləyən yerli nüvə enerjili sualtı qayıqlarının hazırlanmasını hədəfləyir və ilk belə gəmini 2030-cu illərin ortalarında suya salmağı planlaşdırır.
NUHÇIXAN Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın müdafiə naziri Ahn Qyu-bak açıqlama verib.
Nazirin sözlərinə görə, layihənin həyata keçirilməsi istiqamətində işlər sürətlə davam etdirilir.
