Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Almaniya XİN-in X platformasındakı səhifəsində məlumat verilib.
Almaniya Xarici İşlər Nazirliyi açıqlamada bu addımın Rusiyanın xəstəxanalara, məktəblərə və alman televiziyalarının studiyalarına hücumları, eləcə də xarici səfirliklərə Kiyevi tərk etməklə bağlı çağırışları ilə əlaqədar olduğunu bildirib.
“Rusiya hədələrə, terrora və eskalasiyaya üstünlük verir. Buna görə də biz bu gün Rusiyanın səfirini Xarici İşlər Nazirliyinə çağırdıq. Rusiyaya açıq şəkildə bildirdik: bizi hədələrlə qorxutmaq mümkün olmayacaq və biz Ukraynaya güclü dəstəyimizi davam etdirəcəyik”, - deyə Almaniya XİN-in məlumatında qeyd olunub.
