Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti açıqlama yayıb.

Məlumatda qeyd edilib ki, liderlər Türkiyə-İran ikitərəfli münasibətlərini, regional və qlobal hadisələri müzakirə ediblər.

Danışıq zamanı Prezident Ərdoğan bölgədə davam edən münaqişə səbəbindən bayramı kədərlə qarşıladıqlarını, İran xalqının bu çətin günləri geridə qoyacağına və əmin-amanlığa qovuşacağına inandığını ifadə edib.

Türkiyə Prezidenti ölkəsinin sülh və sabitliyin təmin olunması üçün qardaş ölkələrlə birlikdə fəaliyyətləri davam etdirdiklərini və danışıqların müsbət nəticələnməsi üçün hər cür dəstəyi verməyə davam edəcəklərini bildirib.

İki ölkə prezidenti qarşılıqlı olaraq Qurban bayramı münasibətilə təbriklərini çatdırıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: