ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 92,5 milyard dolları ötüb

A- A A+

ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkilən xərcləri 92,5 milyard dolları ötüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Iran War Cost Tracker” portalı məlumat yayıb.

Bildirilib ki, Vaşinqton Yaxın Şərqdəki müharibənin ilk altı günündə 11,3 milyard dollar xərcləyib. Münaqişənin sonrakı hər günündə isə xərclər 1 milyard dollar təşkil edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 8-də isə Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 2 həftəlik atəşkəs elan olunub və danışıqlara start verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: