Volfqanq Kubitski Almaniyanın Azad Demokratlar Partiyasının sədri seçilib

A- A A+

Almaniyanın Azad Demokratlar Partiyasına (FDP) yeni sədr seçilib.

NUHÇIXAN xəbər verir ki, partiyanın Berlində keçirilən qurultayında 74 yaşlı Volfqanq Kubitski sədr seçilib. O, sədr postuna gözlənilmədən namizədliyini irəli sürən Avropa Parlamentinin üzvü Mari-Aqnes Ştrak-Zimmerman üzərində qələbə qazanıb.

V.Kubitski FDP-yə rəhbərliyi partiyanın ciddi siyasi çətinliklərlə üzləşdiyi bir dövrdə təhvil alır. Keçmiş sədr Kristian Dürr 2025-ci ilin fevralında keçirilən Bundestaq seçkilərində FDP-nin beş faizlik seçki baryerini aşa bilməməsindən sonra partiya rəhbərliyinə gəlmişdi. Lakin onun dövründə partiya mövqelərini bərpa edə bilməyib. FDP bu il Baden-Vürtemberqdə keçirilən əyalət seçkilərində 4,4 faiz, Reynland-Pfaltsda isə 2,1 faiz səs toplayaraq hər iki əyalət parlamentindən kənarda qalıb.

Yeni rəhbərlik bir il müddətinə seçilib. Bu il FDP-ni üç çətin sınaq - sentyabrda Saksoniya-Anhalt, Meklenburq–Ön Pomeraniya və Berlin əyalətlərində keçiriləcək seçkilər gözləyir. Rəy sorğularına görə, partiya hazırda hər üç bölgədə beş faizlik baryerdən aşağı reytinqə malikdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: