Yaponiyada intiharların qarşısını almaq üçün süni intellektdən istifadə olunur

A- A A+

Yaponiyada bəzi stansiya və binalarda intihar hallarının qarşısını almaq üçün süni intellekt sistemindən istifadə edilir.

NUHÇIXAN Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, təxminən 40 stansiya və kommersiya obyektində tətbiq edilən sistem təhlükəsizlik kameraları vasitəsilə insanların davranışlarını izləyir və riskli vəziyyətləri əvvəlcədən müəyyən etməyə çalışır. Süni intellekt platforma kənarında dayanmaq və ya təhlükəli hərəkətlər kimi əlamətləri aşkar etdikdə dərhal təhlükəsizlik əməkdaşlarına xəbərdarlıq göndərir. Bəzi hallarda isə birbaşa səsgücləndirici ilə məlumat verilir.

Sistem tətbiq olunduqdan sonra ən azı iki nəfərin həyatını xilas etməyə kömək edib. Sistem, həmçinin zorakılıq, xəstəlik və hərəkətsizlik kimi halları da müəyyən edə bilir. Hazırda texnologiya Tokio və Kanagava bölgələrində stansiya və ticarət obyektlərində istifadə olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: