Çində ağıllı cihazlar üçün yeni nəsil çip təqdim edilib

A- A A+

Çinin Şanxay şəhərində yerləşən Tonqji Universitetinin tədqiqatçıları ağıllı cihazlar üçün yeni nəsil çip hazırlayıblar.

NUHÇIXAN Çinin “China Daily” qəzetinə istinadla xəbər verir ki, “Moving Horizon Unit” adlı çip əsasən avtomobillər, robotlar və dronlar üçün nəzərdə tutulub. Yeni çip cihazlara eyni anda məlumat toplamaq, hesablamaq və qərar vermək imkanı yaradır. Bu isə onların daha sürətli və dəqiq işləməsinə kömək edir.

Tədqiqatçılar bildirirlər ki, sistem dəyişən mühitlərdə cihazların real vaxtda qərar verməsini asanlaşdırır və süni intellektin işini daha səmərəli edir.

Hazırda çip real avtomobillər üzərində sınaqdan keçirilir və gələcəkdə geniş tətbiqi planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: