Ermənistanın Antikorrupsiya Komitəsi İrəvanda "Güclü Ermənistan"ın seçkiqabağı qərargahlarında aparılan axtarışlardan sonra 8 nəfəri saxlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
İstintaqın versiyasına görə, onlar seçkiqabağı rüşvət vermə və ya alma ilə əlaqədar saxlanılıblar. Başqa məlumat verilmir.
Əvvəllər komitə əməkdaşları "Çiçəklənən Ermənistan" partiyasının ofislərində aparılan axtarışlardan sonra 7 nəfəri saxlamışdılar.
