Bu gecə Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə kütləvi hava zərbələri endirib.
Kiyevə endirilən kütləvi hava zərbələri nəticəsində 20 nəfər xəsarət alıb, onlardan 12-si xəstəxanaya yerləşdirilib. Bir nəfər isə həlak olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko bildirib.
Dağıntı olan ərazilərdə axtarış tədbirləri davam edir.
