“ABC News” telekanalının məlumatına görə, ABŞ-nin Ayova ştatının polisi Maskatin şəhərində iki evdə və bir iş yerində baş verən atışmalarla bağlı açıqlama yayıb.
NUHÇIXAN Amerika mediasına istinadla xəbər verir ki, şübhəli şəxs əvvəlcə şəhərdəki bir evdə dörd nəfəri öldürüb, sonra Missisipi çayı boyunca qaçıb. İstintaq aparan polis digər qurbanları da müəyyən edib, daha iki nəfərin cəsədini tapıb.
Maskatin Polis Departamenti hücumlarla bağlı açıqlama yayıb və bildirib ki, ilkin nəticələr atışmaların məişət münaqişəsi zəminində baş verdiyini göstərir. Bütün qurbanların mərhum şübhəlinin ailə üzvləri olduğuna inanılır.
Məlumatda əlavə edilib ki, qətllərlə bağlı istintaq davam edir və şübhəli şəxs çayın kənarında intihar edib.
