Norveçdə tibb işçilərinin kəskin çatışmazlığı yarana bilər

A- A A+

Norveç səhiyyə sahəsində misli görünməmiş kadr çatışmazlığı ilə üzləşə bilər.

NUHÇIXAN xəbər verir ki, Norveç Statistika İdarəsinin (SSB) proqnozuna əsasən, 2060-cı ilədək ölkədə çalışan hər üç nəfərdən biri əhalinin artan tələbatını qarşılamaq üçün səhiyyə və sosial qayğı sahəsində çalışmalı ola bilər.

Ekspertlərin hesablamalarına görə, tibb işçilərinin çatışmazlığı 2025-ci ildəki 9,9 min nəfərdən 2040-cı ilədək 42,4 min nəfərə çatacaq. Ən böyük çatışmazlığın tibb bacıları, həmçinin xəstələrə və yaşlı insanlara qulluq edən mütəxəssislər arasında olacağı proqnozlaşdırılır.

Səhiyyə işçilərinə tələbatın artmasının əsas səbəbi əhalinin yaşlanmasıdır. Proqnozlara görə, 2050-ci ilədək Norveçdə yaşı 80-dən yuxarı olanların sayı 600 min nəfəri keçəcək. Bu da hazırkı göstəricidən iki dəfədən çoxdur.

Bununla əlaqədar hökumət 2040-cı ilədək səhiyyə sisteminin kadr potensialının inkişafına dair uzunmüddətli plan hazırlayır. Sənəddə mütəxəssislərin cəlb edilməsi və onların sistemdə fəaliyyətini davam etdirmələri üçün 100-dən çox konkret tədbirin yer alacağı bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: