Serbiya Avropa İttifaqına (Aİ) üzvlük istiqamətindəki siyasətini davam etdirəcək.
NUHÇIXAN xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "Bloomberg" agentliyinə müsahibəsində deyib. Prezident bildirib ki, ölkəsi hansı təzyiqlərlə üzləşməsindən asılı olmayaraq, Aİ-yə inteqrasiya yolundan geri çəkilməyəcək.
A.Vuçiç qeyd edib ki, Serbiya Avropa İttifaqına üzv olmaq üçün tələb olunan şərtləri yerinə yetirmək istiqamətində işlərini davam etdirəcək.
