London metrosunun işçiləri tətilə başlayıblar

A- A A+

Böyük Britaniyanın paytaxtı Londonda metro sürücülərinin tətili başlayıb. Bu, cari həftə ərzində keçirilməsi planlaşdırılan iki tətil aksiyasından birincisidir. Növbəti tətilin iyunun 4-də baş tutacağı gözlənilir.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, tətil aksiyası Dəmir Yolu, Dənizçilik və Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı tərəfindən təşkil olunub. Həmkarlar ittifaqı daha intensiv dördgünlük iş qrafikinin tətbiqinə etiraz edir.

Tətil səbəbindən Londonun ən işlək metro xətlərinin bəzilərində qatarların hərəkəti tam dayandırılıb.

Məlumata görə, “Transport for London” ilə Dəmir Yolu, Dənizçilik və Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı arasında aparılan danışıqlar tərəflər arasında fikir ayrılıqlarını aradan qaldırmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: