Danimarkanın Baş naziri dörd partiyadan ibarət yeni hökumət qurub

A- A A+

Danimarkanın Baş naziri Mette Frederiksen 69 gün davam edən və ölkə tarixində ən uzun koalisiya quruculuğu prosesindən sonra dörd partiyadan ibarət yeni hökumətin formalaşdırıldığını elan edib.

NUHÇIXAN xəbər verir ki, hökumət başçısı yeni kabinetə Sosialist Xalq Partiyasının, Sosialist Liberal Partiyasının, “Mötədillərin” və sosial demokratların daxil olacağını bildirib. Mette Frederiksenin sözlərinə görə, hökumətin siyasi proqramı çərşənbə axşamı təqdim olunacaq. Danışıqları “uzun və çətin” adlandıran hökumət başçısı prosesin nəticə etibarilə “uğurlu olacağına” əminliyini ifadə edib.

Qeyd edək ki, martın 24-də Danimarkada parlament seçkiləri keçirilib. Səsvermə nəticəsində Mette Frederiksenin rəhbərlik etdiyi sosial demokratlar üstünlüyünü qoruyub, lakin ciddi itkilərə məruz qalıblar. Nə sol, nə də sağ blok parlament çoxluğunu təmin edə bilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: