Erməni hərbi qulluqçusu hərbi hissələrin birində ölü tapılıb.
NUHÇIXAN Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, o, müddətli hərbi xidmətini 2027-ci ilin yanvarında başa vurmalı idi.
Qurumun məlumatına görə, hadisənin şəraitini aydınlaşdırmaq üçün araşdırma təyin edilib. Digər təfərrüatlar verilmir.
