İsrailin silah ixracı yeni tarixi maksimuma çatıb

A- A A+

İsrailin silah ixracı 2025-ci ildə 19 milyard ABŞ dollarını ötərək yeni tarixi maksimuma çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti ölkənin Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, müdafiə ixracının həcmi 19,2 milyard ABŞ dolları təşkil edb. Bu da əvvəlki illə müqayisədə demək olar ki, 30 % çoxdur. Artımı ilk növbədə raket silahlarının, hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin tədarükü təmin edib.

Qəzet vurğulayıb ki, İsrail artıq ardıcıl beşinci ildir ki, rekord göstəricini yeniləyir: son 5 il ərzində hərbi təyinatlı məhsulların ixracı 2 dəfədən çox, 10 il ərzində isə 4 dəfə artıb.

İxrac müqavilələrinin ən böyük payını – 29 %-ni raket kompleksləri, reaktiv sistemlər və hava hücumundan müdafiə vasitələri təşkil edib. Bundan əlavə, nazirlik müşahidə sistemlərinə və s. tələbatın əhəmiyyətli dərəcədə artdığını qeyd edib.

İsrail dünyanın ən böyük silah ixracatçıları sırasına daxildir. Rekord göstəricilər ölkənin 2023-cü ilin oktyabrından Qəzza zolağı, Livan və İranla qarşıdurma da daxil olmaqla bir neçə istiqamətdə apardığı hərbi əməliyyatlar fonunda qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: