Uqanda və Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma hallarından sonra Nigeriyanın on vilayəti yüksək həyəcan vəziyyətinə gətirilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat verib.
Mərkəz Uqanda və Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyalarından sonra beynəlxalq səyahətlər və sərhədyanı hərəkətlər səbəbilə Nigeriyanın virusa yoluxma riski altında olduğunu bildirib.
Qeyd edilib ki, ölkədə indiyə qədər təsdiqlənmiş Ebola halları aşkar edilməyib və federal hökumət bütün ştat hökumətlərinə nəzarət fəaliyyətlərini artırmağı və fövqəladə hallara hazırlığı gücləndirməyi tapşırıb.
