Qazaxıstan 15 minədək məhkuma amnistiya tətbiq etməyi planlaşdırır

A- A A+

Qazaxıstanda yeni Konstitusiyanın qəbulu ilə əlaqədar 15 mindən çox məhkumun əfv olunması nəzərdə tutulur.

NUHÇIXAN Qazaxıstanın Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini və Cəzaların İcrası Komitəsinin sədri Abay Kaiyrbekov məlumat verib. Onun sözlərinə görə, əfv 5 mindən çox həbsdə olan və 10 mindən çox probasiya nəzarətindəki şəxsi əhatə edə bilər. Əvvəlki əfv şərtlərini pozaraq təkrar cinayət törədən şəxslər isə bu prosesdən kənarda qalacaqlar.

Bildirilib ki, ötənilki əfv nəticəsində 2 mindən çox məhbus azadlığa buraxılıb, 15 mindən çox şəxsin isə cəza müddəti azaldılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: