Yeni Dehlidə oteldə baş verən yanğında azı 21 nəfər ölüb.
NUHÇIXAN "Reuters"ə istinadən xəbər verir ki, hadisə Malviya Nagar bölgəsində, əsasən tələbə və gənclərin yaşadığı yaşayış zonasındakı oteldə baş verib.
Rəsmilərin məlumatına görə, azı 40 nəfər xilas edilib.
Bu, son illərdə Hindistan paytaxtında qeydə alınan ən ciddi hadisələrdən biri kimi qiymətləndirilir.
