ABŞ-də 1,8 milyard dollarlıq fond ləğv edilir

A- A A+

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Evin əvvəlki rəhbəri Co Baydenin administrasiyasının əməllərindən zərər çəkənlərə yardım üçün nəzərdə tutulmuş 1,8 milyard dollar məbləğində fondun yaradılması planlarından imtina edir.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

"Biz bu fondla irəliləməyəcəyik, vəssalam", - Trampın keçmiş şəxsi vəkili, ABŞ-nin baş prokuroru vəzifələrini icra edən Todd Blanş bildirib.

Fondun yaradılması hər iki partiya tərəfindən tənqidə səbəb olmuşdu, çünki vəsaitlər prezidentin siyasi müttəfiqlərinə yardım etmək üçün lazımi nəzarət olmadan istifadə oluna bilərdi.

Mayın sonlarında ABŞ-nin Virciniya ştatının Şərq dairəsi üzrə Federal Məhkəməsi bu fondun yaradılmasını müvəqqəti olaraq bloklamışdı. ABŞ-nin "Democracy Forward" hüquq müdafiə təşkilatı məhkəmədə iddia qaldıraraq bildirmişdi ki, heç bir administrasiyanın dövlət pullarını "siyasi motivli mükafatlandırma proqramlarına" xərcləmək hüququ yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: