Ermənistanda dizenteriya epidemiyası yayılıb

A- A A+

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunda dizenteriya epidemiyası yayılıb. Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, əksəriyyəti uşaqlar olmaqla, onlarla insan xəstəxanalara yerləşdirilib.

NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, bağırsaq infeksiyası Navur kəndindən yayılmağa başlayıb. Burada 30 nəfəri, o cümlədən 24 azyaşlını dizenteriya diaqnozu ilə xəstəxanaya çatdırıblar. Onlarda dizenteriyanın törədicisi olan Zonne amöbü aşkar olunub. Rayonun məktəb və uşaq bağçaları nəzarətə götürülüb, xəstələrin evləri dezinfeksiya edilib. Bundan başqa, əhalinin istifadə etdiyi suyun analizi aparılır. Analizlərin nəticələri məlum olanadək su kəməri ilə içməli suyun verilməsi dayandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: