ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyata başlamaqla İsraili potensial məhvdən xilas etdiyini bildirib.
NUHÇIXAN xəbər verir ki, Donald Tramp bu barədə “New York Post” qəzetinə müsahibəsində deyib. “Mən olmasaydım, İsrail artıq yox idi”, - deyə Birləşmiş Ştatların dövlət başçısı vurğulayıb.
ABŞ-nin bu münaqişəyə İsrail tərəfindən cəlb edilməsi ilə bağlı iddiaları rədd edən Ağ Evin rəhbəri İrana qarşı hərbi əməliyyata başlamaq qərarını şəxsən özü verdiyini açıqlayıb.
“Bu qərarı mən verdim, çünki biz Tehranın nüvə silahına sahib olmasına imkan verə bilməzdik”, - deyə Donald Tramp bildirib.
