Somalidə "Əş-Şəbab" qruplaşmasının 29 üzvü öldürülüb

A- A A+

Somalinin Milli Kəşfiyyat və Təhlükəsizlik Agentliyi ölkənin cənub-şərqində və mərkəzində həyata keçirilən əməliyyatlar zamanı "Əl-Qaidə" terror təşkilatı ilə əlaqəli olan “Əş-Şəbab” qruplaşmasının 29 üzvünün zərərsizləşdirildiyini açıqlayıb.

NUHÇIXAN Qətər Xəbər Agentliyinə istinadla bildirir ki, beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən əməliyyatlar çərçivəsində qruplaşmanın terror planlarının qarşısı alınıb. Kəşfiyyat məlumatları əsasında Mərkəzi Şabelli bölgəsində silahlıların toplaşdığı məntəqəyə endirilən zərbə nəticəsində 23 nəfər öldürülüb. Bildirilib ki, həmin şəxslər bölgənin təhlükəsizliyini pozmağa yönəlmiş hücumlar hazırlayırdılar.

Digər əməliyyat isə Hiran bölgəsində həyata keçirilib. Birgə qüvvələrin Buq Aqabli ərazisində qruplaşmaya məxsus sığınacağa təşkil etdiyi əməliyyat nəticəsində rəhbər şəxslərindən biri də daxil olmaqla, 6 silahlı öldürülüb.

Qeyd edək ki, Somali hökumət qüvvələri 10 ildən artıqdır ki, "Əş-Şəbab" qruplaşmasına qarşı mübarizə aparır. Qruplaşma bu müddət ərzində yüzlərlə mülki şəxsin və təhlükəsizlik əməkdaşının həlak olduğu çoxsaylı hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: