Polşa hökuməti ölkə ərazisində ABŞ qoşunları üçün daimi hərbi bazanın yaradılması ilə bağlı Vaşinqtona rəsmi təklif təqdim edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib. Nazirin sözlərinə görə, təklif ABŞ-nin müdafiə naziri Pit Heqsetə təqdim olunub. Hazırda Polşada əsasən rotasiya əsasında təxminən 10 min ABŞ hərbçisi xidmət edir.
Məlumata görə, Varşava ABŞ-nin ölkədəki hərbi mövcudluğunu daha da gücləndirmək niyyətindədir.
