Dünyada ilk dəfə olaraq Mars planetində zəlzələ qeydə alınıb.
NUHÇIXAN RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Fransanın “CNES” Kosmik Agentliyi yayıb.
Zəlzələni Amerika aparatı “InSight”da olan Fransanın “SEIS” seysmometri qeydə alıb.
Bildirilir ki, aprelin 6-da seysmometr Amerikanın pilotlaşdırılmış “Apollo” kosmik gəmilərinin uçuşları zamanı Ayda baş vermiş zəlzələlərə oxşar siqnal qeydə alıb.