Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

A- A A+

İspaniyanın paytaxtı Madridə səfəri zamanı Roma Papası XIV Leo bir daha bəyan edib ki, ABŞ və İsrailin İrana qarşı olan müharibəsi Katolik təlimindəki “ədalətli müharibə” standartlarına cavab vermir.

NUHÇIXAN "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, pontifikin bu açıqlaması ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin bu müharibəni “ədalətli müharibə” adlandırması, Papa Leonun isə bunu rədd etməsindən sonra baş verib.

"Çox aydın şəkildə ifadə olunub; İranda ədalətli müharibə kriteriyaları mövcud deyil. Ədalətli müharibə nəzəriyyəsi bəşəriyyətin bu gün sahib olduğu silahları və məhv etmə gücünü təsəvvür etməyin qeyri-mümkün olduğu əsrlərə təsadüf edir", - deyə katolik kilsəsinin rəhbəri qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: