Biz İranla razılaşma əldə etməyə çox yaxınıq və əgər razılaşmamız olmazsa, bunu başqa şəkildə edəcəyik.
NUHÇIXAN-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp NBC kanalında “Meet the Press” verilişinə müsahibəsində deyib. O bildirib ki, hər iki halda ABŞ qalib gələcək. “Biz razılaşmaya çox yaxınıq. Bir neçə məsələ qalıb və onlar hətta böyük məsələ kimi görünmür. Onlar nüvə silahlarına sahib olmayacaqlarını etiraf ediblər”, - deyə Tramp əlavə edib.
