Tramp: Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq

A- A A+

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ və İran arasında əldə ediləcək istənilən razılaşmanı qəbul etməli olacaq.

 

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Financial Times” qəzetinə müsahibəsində bildirib.

 

“Onun başqa seçimi olmayacaq. Bütün qərarları mən verirəm, o yox”, – deyə ABŞ lideri vurğulayıb.

 

Tramp, həmçinin qeyd edib ki, İranın İsrailə raket hücumları Vaşinqtonun Tehranla diplomatik həll yolu axtarmaq niyyətinə təsir göstərməyib.

 

“Bu, razılaşmaya heç bir şəkildə təsir etməyəcək. Həmin hücumlar uğurlu olmadı”, – deyə ABŞ Prezidenti əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: