Husilər Qırmızı dənizdə İsrail gəmilərinə qadağa qoymaq niyyətindədir

A- A A+

Yəmənin "Ənsar Allah" (Husilər) hərəkatı Qırmızı dənizdə İsrail gəmiçiliyinə qadağa qoyacağı ilə bağlı bəyanat yayıb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti xəbər verir.

Qəzet qeyd edib ki, husilər bu bəyanatı regional eskalasiya və Qırmızı dənizdə marşrutların təhlükəsizliyi ilə bağlı yenidən güclənən narahatlıqlar fonunda verib.

Bundan başqa, bəyanatda husilərin İsrailə zərbə endirdiyi bildirilib.

Daha əvvəl husilər İsraillə əlaqəli gəmilərə, eləcə də İsrail limanlarına istiqamət alan gəmilərə hücum etməklə təhdid etmişdilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: