Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

A- A A+

Pakistan təhlükəsizlik qüvvələri son 72 saat ərzində ölkənin şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində keçirilən əməliyyatların gedişində 27 silahlını öldürüb.

 

NUHÇIXAN xəbər verir ki, bu barədə silahlı qüvvələrin ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.

 

Kəşfiyyat məlumatları əsasında reallaşdırılan əməliyyat Şimali Vəziristan dairəsinin Miranşah rayonunda həyata keçirib. Gərgin atışma zamanı 27 silahlının öldürüldüyü bildirilir.

 

Hərbçilər əməliyyat zamanı xeyli silah və sursat ələ keçiriblər. Öldürülən silahlılar Pakistan ordusuna qarşı çoxsaylı hücumlarda iştirak ediblər.

 

Ərazidə əməliyyatlar davam etdirilir. Pakistan ekstremizmin kökünü kəsmək və milli təhlükəsizliyi gücləndirmək məqsədilə bölgədə əməliyyatları davam etdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: