Böyük Britaniyanın dövlət borcu son 25 ildə dünyanın əksər ölkələri ilə müqayisədə daha sürətlə artıb.
NUHÇIXAN “The Telegraph”a istinadla xəbər verir ki, bu göstərici üzrə yalnız Botsvana Britaniyanı geridə qoyur.
Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına əsasən, Böyük Britaniyada xalis dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 2001-ci ildəki 30,4 faizdən hazırda 95,5 faizə yüksəlib. Bu, 65 faiz bəndi artım deməkdir. Müqayisə üçün, Botsvanada eyni göstərici 2001-ci ildən bəri 167 faiz bəndi dəyişərək bu sahədə ən böyük artım qeydə alınan ölkə olub.
BVF xalis dövlət borcunu ölkənin öhdəlikləri ilə malik olduğu aktivlər arasındakı fərq əsasında hesablayır. Məlumatlar göstərir ki, Böyük Britaniya 2000-ci ildən bəri büdcə profisiti əldə etməyib və dövlət borcu davamlı şəkildə artıb.
