İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində son sutka ərzində 24 nəfər ölüb və 116 nəfər yaralanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Martın 2-də hərbi eskalasiya başlayandan bəri həlak olanların ümumi sayı artaraq 3 637-yə, yaralıların sayı isə 11 188-ə çatıb", - bəyanatda qeyd olunub.
Nazirliyin məlumatına görə, zərbələr Nəbatiyyə, Sayda və Tir şəhərlərinin ətraf ərazilərinə endirilib. Qeyd olunub ki, günün ikinci yarısında Tir şəhərinin ətrafında İsrail dronu Livan Qızıl Xaç Cəmiyyətinin təcili yardım maşınına zərbə endirib və nəticədə dörd sanitar xəsarət alıb.
