Azərbaycan 2026-cı ilin yanvar-aprel aylarında Avropa İttifaqı (Aİ) ölkələrindən ən çox İtaliyaya məhsul göndərib.
NUHÇIXAN Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, həmin dövrdə Azərbaycandan İtaliyaya 3 milyard 709 milyon 589,52 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,81 faiz və ya 403 milyon 660,08 min dollar azalma deməkdir.
Hesabat dövrü ərzində Azərbaycan İtaliyadan 153 milyon 889,28 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 2,1 faiz və ya 3 milyon 94,96 min dollar çoxdur.
Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 31,23 faizini, ümumi idxalının isə 2,79 faizini təşkil edib.
Qeyd edək ki, Azərbaycanın dörd ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya (3 milyard 709 milyon 589,52 min dollar), Yunanıstan (336 milyon 604,47 min dollar) və Bolqarıstan (335 milyon 603,44 min dollar) olub.
