Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb

A- A A+

Azərbaycanda qeyri-neft sektorunun inkişafının hesabına bank aktivləri 35 milyard dollara çatıb.

NUHÇIXAN xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

V.Qasımlı qeyd edib ki, ölkəmizdə problemli kreditlər Türk Dövlətləri Təşkilatı arasında ən aşağı, təxminən 2 faiz səviyyəsindədir.

“Türk Dövlətləri Təşkilatında (TDT) bank aktivləri 1,2 trilyon dollara yaxınlaşıb. Hazırda TDT ölkələrinin ümumi daxili məhsulu 2,1 trilyon dolları ötür ki, bu da dünya iqtisadiyyatının təxminən 3 faizini təşkil edir. Ötən il TDT-yə üzv ölkələr üzrə orta iqtisadi artım tempi 6 faizdən yüksək olub. Ən yüksək artım Qırğızıstanda qeydə alınıb və bu göstərici 11 faizi ötüb. Özbəkistanda iqtisadi artım 7 faizdən, Qazaxıstanda isə 5 faizdən çox olub. TDT ölkələrinin bank aktivləri dünya bank aktivlərinin cəmi 0,8 faizini təşkil edir.

Ötən il TDT ölkələri üzrə ümumi yığımın həcmi 670 milyard dollara çatıb. Bu göstərici dünya üzrə ümumi yığımın 2,3 faizinə bərabərdir. Yığım həcmi ilə bank aktivləri arasındakı fərq maliyyə resurslarının bank sektoruna cəlb olunması və maliyyə vasitəçiliyinin dərinləşdirilməsi üçün əlavə imkanların mövcudluğunu göstərir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatında maliyyə bazarlarının inkişafı və bank sektorunun genişlənməsi üçün əhəmiyyətli potensial formalaşıb. Özbıkistanın bank aktivləri 28,5 milyard dollar məbləğində qiymətləndirilir. TDT-də bundan sonrakı bank sektorunun inkişafı ilə bağlı requlyativ tənzimləmə və hüquqi məsələlər öz həllini tapmalıdır. Digər məsələlər - texnologiyalar, insan kapitalının inkişafı, bank-maliyyə mədəniyyətinin inkişafı etdirilməsi ilə bağlıdır” - deyə V.Qasımlı qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: