Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

A- A A+

ABŞ Prezidenti Donald Tramp İsrail və İranın ən azı bir həftə bir-birinə qarşı hücumlar həyata keçirməyəcəyini bildirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Prezidenti jurnalistlərə açıqlamasında deyib.

Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı apardığını qeyd edərək bildirib: “Çox yaxşı söhbətimiz oldu. Onun ölkəsinə zərbə endirildi və o da cavab verdi. Mən Netanyahunu buna görə günahlandıra bilmərəm. Amma indi onlar hücumu dayandırıblar. Ona görə də azı bir həftə ərzində qarşılıqlı hücumlar həyata keçirməyəcəklər”.

ABŞ Prezidentinin sözlərinə görə, hazırda tərəflər arasında vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq istiqamətində müəyyən irəliləyiş müşahidə olunur. Bununla belə, o, gələcək proseslə bağlı əlavə təfərrüat açıqlamayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: